DÇ-2026: Elçin Məsiyev baş hakim olacaq
Elçin Məsiyev Litva – Niderland oyununu idarə edəcək.
90plus.az xəbər verir ki, Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan daha bir önəmli təyinat alıb. AFFA-nın rəsmi saytının məlumatına görə, Məsiyev 2026 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland qarşılaşmasının baş hakimi olacaq.
Ona bu görüşdə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev icra edəcək. VAR otağında fransalı hakimlər – Benoi Millo və Metyu Vernis çalışacaqlar.
G qrupunun oyununa sentyabrın 7-də Kaunas şəhərində yerləşən “Daryus və Qirena” stadionu ev sahibliyi edəcək.
© Copyright 2026, All Rights Reserved