DÇ-2026: İspaniyadan 3 qollu qələbə
2026 Dünya Çempionatının Seçmə Mərhələsi çərçivəsində İspaniya millisi səfərdə Bolqarıstana üç cavabsız qolla qalib gəldi!
90plus.az xəbər verir ki, son Avropa çempionu İspaniya yığması 2026 Dünya Çempionatının seçmə mərhələsinə parlaq başlanğıc edib. Sofiyada keçirilən görüşdə ispaniyalılar Bolqarıstanı darmadağınla məğlub ediblər.
Matçın ilk hissəsində Mikel Oyarzabal, Mark Kukureya və Mikel Merino fərqlənib. Xüsusilə “Barselona”nın gənc ulduzu Lamin Yamal oyunda parlaq çıxışı ilə diqqət çəkib.
İlk qol artıq 5-ci dəqiqədə gəlib – “Arsenal”ın futbolçusu Martin Subimendi dəqiq ötürmə ilə Oyarzabalı qapıçı ilə təkbətək çıxarıb və “Real Sosyedad” hücumçusu hesabı açıb.
30-cu dəqiqədə Kukureya cərimə meydançasından güclü zərbə ilə hesabı artırıb. Yalnız 8 dəqiqə sonra Yamalın künc zərbəsindən ötürməsini yaxşı dəyərləndirən Merino başla qol vuraraq fasiləyədək hesabı 3:0 edib.
İkinci hissədə İspaniya üstünlüyünü davam etdirsə də, Bolqarıstan daha sıx müdafiə ilə oynayaraq qapısında əlavə qol görməyib və oyunu bu nəticə ilə başa vurub.
Beləliklə, İspaniya seçmə mərhələnin E qrupundakı ilk oyununda qələbə ilə başlayıb.
Bolqarıstan 0-3 İspaniya
Oyarzabal 5'
Cucurella 30'
Merino 38'
Qollar:
https://t.me/doxsanplus/107136
https://t.me/doxsanplus/107137
https://t.me/doxsanplus/107139
© Copyright 2026, All Rights Reserved