DÇ-2026: Niderland Polşayla razılaşdı, Kuman qəzəbləndi
DÇ-2026: G qrupunda vəziyyət olduqca gərgindir — Polşa səfərdə Niderlandla 1-1 hesablı heç-heçə edib:
1⃣ Niderland – 7 xal
2⃣ Polşa – 7 xal
3⃣ Finlandiya – 7 xal.
90plus.az xəbər verir ki, Niderland millisi 2026 Dünya Çempionatının seçmə mərhələsində ilk xal itkisiylə üzləşib. Amma Niderland ən yaxşı mövqedədir, çünki 3 oyun keçirib və əla top fərqinə malikdir.
Kuman fürsətlərin qaçırılmasına görə narazıdır:
Niderland 1-1 Polşa
Dumfris 27'
Cash 80'
Qollar:
https://t.me/doxsanplus/107138
https://t.me/doxsanplus/107142
Bu nəticədən sonra Niderland 7 xalla G qrupunun liderliyini qoruyub. Lakin komanda yalnız top fərqinə görə Polşa və Finlandiyanı qabaqlayır, hər iki rəqib isə bir oyun artıq keçirib.
Matçdan sonra Kuman narazılığını ifadə edib:
“Məyusluq var. Oyunun sonunda sakit ola bilmirdim. Bilirdik ki, ikinci qol lazımdır, yoxsa risk var. Polşanın 1-2 epizodu ola bilərdi və belə də oldu. Bu, ağrılıdır. Biz daha sürətli oynaya bilərdik. Bəzi anlarda oyunu lazımınca bağlaya bilmədik.”
Maraqlıdır ki, Metti Keşin millidə vurduğu 3 qoldan 2-si məhz “De Kuip”də Niderlanda qarşı olub. O, 2022-ci ilin iyununda Millətlər Liqasında 2:2 hesablı heç-heçədə də fərqlənmişdi.
Niderland növbəti oyunda səfərdə Litva ilə qarşılaşacaq, oktyabrda isə Malta və Finlandiya ilə oynayacaq.
Dumfris isə komandanın tez toparlanacağına inanır:
“Çox yaxşı mövqedəyik, amma qələbə qazanmış olsaydıq daha rahat olardıq. İlk hissədə çox şanslarımız vardı, dominant idik. Sadəcə yolumuza davam etməliyik və ruhdan düşməməliyik. Bazar günü Litva ilə görüşdə hazır olacağıq.”
Qeyd: Niderland tarixində ilk dəfə olaraq bir oyuna 8 Premyer Liqa futbolçusu ilə çıxıb. Start heyətində yalnız Dumfris, Frenki de Yonq və Memfis Depay İngiltərədən kənarda çıxış edirlər.
© Copyright 2026, All Rights Reserved