DÇ-seçmələr: Ronaldo Messini keçdi
Ronaldo Messini geridə qoydu – Dünya Çempionatı seçmə mərhələsində tarix yazmağa 1 addım qaldı.
90plus.az xəbər verir ki, Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo daha bir tarixi göstəriciyə imza atıb. O, Dünya Çempionatının seçmə mərhələləri tarixində 38-ci qolunu vuraraq ikinci pilləyə yüksəlib və bu göstəricidə Lionel Messini (36 qol) geridə qoyub.
Ronaldo bu uğura Ermənistanla səfər oyununda çatıb. Portuqaliyanın 5:0 hesablı qələbə qazandığı qarşılaşmada o, 21-ci və 46-cı dəqiqələrdə fərqlənərək dubl edib.
Bu nəticə ilə siyahıya başçılıq edən 39 qollu Karlos Ruizin rekorduna bir addım yaxınlaşan Ronaldo növbəti oyunda rekordu təkrarlamaq və ya keçmək şansına sahib olacaq.
Qeyd: Ronaldo həm də milli komanda tarixində ən çox qol vuran oyunçudur.
© Copyright 2026, All Rights Reserved