DÇ-2026: Bilet qiymətləri açıqlandı
2026-cı il dünya çempionatı üçün bilet qiymətləri açıqlandı.
90plus.az xəbər verir ki, 2026 FIFA Dünya Çempionatının oyunlarına bilet qiymətləri elan olunub.
Rəqəmlərə əsasən, qrup mərhələsinin qarşılaşmalarına ən ucuz bilet 60 dollardan başlayacaq. Final oyununu tribunadan izləmək istəyən azarkeşlər isə 6 min 710 dollar ödəməli olacaqlar.
Qeyd edilir ki, açıqlanan qiymətlər ilkin mərhələyə aiddir və qarşıdakı aylarda müəyyən dəyişikliklərin olacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved