Dembele maaşını qaldırmaq istəyir
PSJ-nin hücumçusu Usman Dembele “Qızıl top” mükafatını qazandıqdan sonra gəlirini artırmaq istəyir.
90plus.az xəbər verir ki, fransalı futbolçu bu nüfuzlu mükafatı klubla yeni müqavilə danışıqlarında üstünlük kimi istifadə edəcək (L’Equipe).
Dembele hazırda ildə 18 milyon avro maaş alır və PSJ ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir Tərəflər artıq mümkün müqavilə uzadılması ilə bağlı danışıqlara başlayıblar.
2025/26 mövsümündə Dembele 4 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved