Dembelenin komandası PSJ-yə təzyiq edir
Dembelenin düşərgəsi “PSJ”yə təzyiq göstərir.
90plus.az xəbər verir ki, “PSJ”nin futbolçusu Usman Dembele ilə klub arasında yeni müqavilə danışıqları gərginləşib.
Fransa mediasının məlumatına görə, “Qızıl Top” qalibi olmaq istəyən futbolçunun nümayəndələri onun son aylardakı performansını və komanda içindəki artan statusunu əsas gətirərək ciddi maaş artımı tələb ediblər.
“PSJ” rəhbərliyi Dembelenin maaşını artırmağa hazır olsa da, onun Lionel Messi və Neymar səviyyəsində məvacib almasına razılıq vermir. Bu isə tərəflər arasında danışıqları çətinləşdirib.
Hazırda müzakirələr davam edir, lakin Fransa klubunun oyunçunun bütün tələblərini yerinə yetirmək niyyətində olmadığı bildirilir.
📎Mənbə: L’Équipe
© Copyright 2026, All Rights Reserved