Demiralın “Bozqurd sevinci”, Ardanın rekordu və Kadıoğlunun arzusu
Dünən Avstriya 1 - 2 Türkiyə matçı ilə tarix yazan Türkiyə millisinin qolçu müdafiəçisi, "Matçın Adamı" seçilən “Türk Divarı” Merih Demiral qollarına Bozqurd işarəsi ilə sevindi.
90plus.az xəbər verir ki, bununla bağlı açıqlama verən Merih bunları söyləyib:
“Türk olduğum üçün fəxr edirəm, bunu hər dəfə deyirəm. Ona görə də qol sevincimi bu cür etdim. Bu, olduqca normaldır, türk azarkeşlərimiz də bizimlə fəxr edirlər. İnşallah bunu davam etdirəcəyik. Mesaj yoxdu, sadəcə nə qədər qürurlu və xoşbəxt olduğumu göstərmək istədim".
Ferdi Kadıoğlu da Avstriya - Türkiyə matçında (1:2) çox iş gördü:
71 dəfə topla oynadı;
10 dəfə iki mübarizədə qalib gəldi;
6 dəfə uğurlu sürüşmə fəndi oldu.
O, indi doğulub-böyüdüyü Niderlandı məğlub etmək etmək arzusundadır:
6 İyul Saat 23:00
Niderland - Türkiyə
Avro -2024 (1/4 final).
Arda Gülər isə Avro 2004-də Ueyn Runi və Kriştiano Ronaldodan sonra eyni Avroda həm qol vuran, həm də qol ötürməsi edən üçüncü yeniyetmə oldu.
Avstriya - Türkiyə (1:2) matçından sonra Güler: “Avstriyaya qarşı bərbad məğlubiyyətimiz olmuşdu. Bunun qisas matçı olacağını bilirdik. Bunu bir-birimizə xatırlatdıq. Onlardan daha yaxşı olduğumuzu da bilirdik. Çox çalışdıq və qalib gəldik".
Qeyd: Bu ilin martında yoldaşlıq oyununda hesab 6-1 Avstriyanın xeyrinə olmuşdu!
© Copyright 2026, All Rights Reserved