Depay millidə Van Persini geridə qoydu
Memfis Depay Niderland millisinin tarixində ən çox qol vuran futbolçu adını qazanıb.
90plus.az xəbər verir ki, hazırda Braziliyanın "Korintians" klubunda çıxış edən 31 yaşlı hücumçu, DÇ-2026-nın seçmə mərhələsində Litvaya qarşı keçirilən oyunda iki dəfə fərqlənib.
Depay bu qollarla yığma karyerasında vurduğu qolların sayını 52-yə çatdırıb. O, bu göstəriciyə 104 oyunda nail olub və 102 matçda 50 qol vuran Robin van Persini geridə qoyaraq Niderland futbol tarixinin ən məhsuldar oyunçusu olub.
Qeyd: Memfis Depay karyerası ərzində “Atletiko Madrid”, “Barselona”, “Lion”, “Mançester Yunayted” və “PSV” kimi klublarda da çıxış edib.
© Copyright 2026, All Rights Reserved