Erdoğandan milliyə telefonla təbrik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avro-2024-ün 1-ci turunda Gürcüstana qalib gələn (3:1) Türkiyə millisini telefon zəngi ilə təbrik edib.
90plus.az xəbər verir ki, o, matçdan sonra zəng edərək komandanın baş məşqçisi Vinçenso Montella, futbolçular Mert Müldür, Arda Gülər və Kerem Aktürkoğlu ilə danışıb və onlara təbrikini çatdırıb.
Baş məşqçi Vinçenso Montella Ərdoğanı qrupdakı digər oyunlara dəvət edib. Oyunda baxımlı qol vuran Arda Güler isə bunun davamı gələcəyini bildirib.
VİDEO: https://t.me/doxsanplus/84502
© Copyright 2026, All Rights Reserved