Erik qovulmağı düşünmür: "Biz eyni yoldayıq"
“Mən işdən çıxarılmağı düşünmürəm. Yayda biz bu qərarı birlikdə verdik, aydın bir plan var idi”.
90plus.az xəbər verir ki, Erik Ten Haq "Tottenhem"lə oyundan sonra bu sözləri deyib:
“Bu, rəhbərlik tərəfindən qərarlaşdırılıb. Təşkilat olaraq nələri inkişaf etdirməli olduğumuzla bağlı aydın bir dəyərləndirmədən sonra qərar qəbul etdi. Beyətin necə qurulacağını planlaşdırdıq”, – deyə Ten Haq məğlubiyyətdən sonra əlavə edib.
“Bütün qərarlar birlikdə qəbul edilib və bunun bir qədər vaxt alacağını da bilirdik. Beləliklə, rəhbərlik qrupu, heyət, oyunçular və təbii ki, mən də eyni yoldayıq”.
© Copyright 2026, All Rights Reserved