Erməni futbolçu “Zirə” ilə matça gəlməyəcək
"Osiyek”in erməni futbolçusu Stepa Mkrtçyan "Zirə” ilə Konfrans Liqasının cavab oyunu üçün Bakıya gəlməyəcək.
90plus.az xəbər verir ki, erməni idman jurnalisti Suren Meliksetyan bu məlumatı yayıb.
"Qərar Xorvatiya klubunun rəhbərliyi tərəfindən futbolçunun təhlükəsizliyi ilə bağlı qəbul edilib" deyə erməni jurnalist bildirib.
Vacib qeyd: Bu günə qədər Azərbaycanda keçirilən idman tədbirlərində Ermənistan nümayəndələrinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunub. Amma ötən il İrəvanda təşkil olunan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı vəhşicəsinə yandırılıb.
Qeyd: "Zirə - Osiyek" görüşü avqustun 15-i keçiriləcək. İlk matç 1:1 hesabı ilə başa çatıb.
© Copyright 2026, All Rights Reserved