"Fehervar"ın açıq məşqi ləğv oldu
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt" klubunun rəqibi olan "Fehervar" komandasının oyundan əvvəlki mətbuat konfransı və açıq məşqi ləğv edilib.
90plus.az xəbər verir ki, buna "Fehervar"ın Bakıya uçuşunun gecikməsi səbəb olub.
"Sumqayıt"ın baş məşqçisinin mətbuat konfransı və oyunöncəsi məşqi isə əvvəl qeyd olunmuş vaxtda baş tutacaq.
Qeyd: "Sumqayıt" - "Fehervar" qarılaşması iyulun 25-i, saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Cavab oyunu isə iyulun 31-də Macarıstanda keçiriləcək.
Mənbə: "Sumqayıt" klubunun media hesabı
© Copyright 2026, All Rights Reserved