FIFA-dan DÇ ilə bağlı qərar - Məbləğ endirildi
Klublararası dünya çempionatının yarımfinal mərhələsində “Fluminense” ilə “Çelsi” arasında baş tutacaq görüşün biletlərinin qiymətində ciddi endirim edilib – qiymətlər 35 dəfə azaldılıb.
90plus.az xəbər verir ki, "The Athletic" nəşri yazır ki, hazırda adi biletin qiyməti təxminən 13 dollar səviyyəsindədir. Halbuki, cümə günü bu məbləğ 474 dollar ətrafında idi. Stadionun daha komfortlu alt sektorları üçün nəzərdə tutulan biletlər də ucuzlaşıb.
“Fluminense” – “Çelsi” qarşılaşması 8 iyul çərşənbə axşamı günü keçiriləcək və oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Yarımfinalın digər matçında isə “PSJ” ilə “Real” üz-üzə gələcək. Bu qarşılaşma 9 iyul tarixində saat 23:00-da oynanılacaq.
© Copyright 2026, All Rights Reserved