FIFA futbolun qaydalarını dəyişir
FIFA 2026 Dünya Çempionatında VAR-da yeni dövrü başladacaq.
90plus.az xəbər verir ki, FIFA, Kanada, Meksika və ABŞ tərəfindən birgə təşkil olunacaq 2026 Dünya Çempionatında Video Köməkçi Hakim (VAR) sistemində yeniliklər tətbiq edəcək.
“The Times”ın məlumatına görə, yeni qaydalar çərçivəsində VAR artıq korner qərarlarında və ikinci sarı kartla bağlı situasiyalarda istifadə olunacaq. Əgər Dünya Kubokunda bu sistemin səmərəli olduğu müəyyənləşərsə, o zaman yeni qaydalar bütün liqalar və turnirlər üçün tətbiq oluna bilər.
Bundan əlavə, FIFA bu həftə keçirilən FIFA Ərəb Kubokunda zədələnmiş oyunçular üçün yeni bir qaydanı sınaqdan keçirir. Qaydaya əsasən, zədələnərək müalicə alan oyunçu, faul səbəbi ilə sarı və ya qırmızı kart almadığı müddətdə iki dəqiqə sahəni tərk etməlidir.
IFAB və FIFA rəsmiləri 2026-cı ilin yanvarında bir araya gələrək yeni qaydaları təsdiqləyəcəklər. Təsdiq olunarsa, yeniliklər 1 iyun 2026-dan etibarən qüvvəyə minəcək.
© Copyright 2026, All Rights Reserved