“Final mərhələsi Serbiya futbolu üçün böyük addım idi”
Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç bu gün baş tutacaq İngiltərə ilə Avro-2024-ün ilk turunun oyunu barədə danışıb.
90plus.az xəbər verir ki, Stoykoviç uğura gedən yolun heç vaxt asan olmadığını söyləyib:
"Bu dövrlərdə, sadəcə, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq Serbiya futbolu üçün irəliyə doğru böyük addım idi. Hamı uzun müddətdir ki, Avropa çempionatının başlamasını gözləyirdi. Keçmişdə əldən verilmiş fürsətlər çox olub. Amma bu dəfə baş məşqçi kimi Serbiya Futbol Assosiasiyasının qarşıma qoyduğu vəzifə yerinə yetirildi. Dramatik olduğunu söyləməzdim, amma kifayət qədər çətin səyahət idi. İndiki zamanda Avropa çempionatının final mərhələsinə yüksəlməyin özü Serbiya futbolu, ölkəmiz, millətimiz, azarkeşlər və bu oyunu sevən hər kəs üçün böyük bir irəliləyiş və nailiyyətdir”.
Qeyd: C qrupunda baş tutacaq İngiltərə - Serbiya matçı bu gün saat 23:00-da başlayacaq!
© Copyright 2026, All Rights Reserved