“Finalda PSJ - Fluminense olacaq”
Marko Materazzi PSJ-nin Klubların Dünya Çempionatının yarımfinalında “Real Madrid”i məğlub edəcəyini proqnozlaşdırıb.
90plus.az xəbər verir ki, 2006-cı ildə İtaliya ilə Dünya Çempionu olmuş Materazzi həmçinin Braziliyanın “Fluminense” klubunun “Çelsi”ni məğlub edərək finala yüksələcəyini də deyib.
Materazzi bildirib:
“‘Real Madrid’ və ‘Pari Sen-Jermen’ çox çətin oyun keçirəcək, buna görə də o cütün finalçısını əvvəlcədən demək asan deyil.
Mənim proqnozum budur ki, final ‘Fluminense’ və ‘PSJ’ arasında olacaq. Bu, tamaşaçıların böyük marağına səbəb olan əla turnirdir.”
8 iyul: "Fluminense - Çelsi"
9 iyul: "PSJ - Real Madrid".
© Copyright 2026, All Rights Reserved