“Fənər” Lukmanı “Qalatasaray”a qapdırmaq istəmir
"Fənərbağça" Ademola Lukman transferində böyük addım atdı.
90plus.az xəbər verir ki, "Fənərbağça" Lukmanı "Qalatasaray"a qapdırmaq istəmir və ingiltərəli futbolçunu transfer etmək üçün ciddi təklif hazırlayıb. Məlumatı “Sabah Spor”un müxbiri təqdim edib.
İtaliya klubu "Atalanta"da illik 1.8 milyon avro qazanan Lukmana bonuslarla birlikdə 10 milyon avro təklif edilib. Klub rəhbərliyi indi cavabı gözləyir.
"Atalanta" isə futbolçusuna 50 milyon avro qiymət qoyub. "Fənərbağça" isə transferi 30 milyon avro ətrafında bitirməyə çalışacaq.
© Copyright 2026, All Rights Reserved