Fransa Azərbaycanla oyuna Dembelesiz çıxacaq
2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə qarşılaşmada zədələnən Fransa millisinin üzvü Usman Dembeledən xoş xəbər yoxdur.
90plus.az xəbər verir ki, "RMC Sport"un yaydığı məlumata əsasən, PSJ-nin hücumçusu arxa bud əzələsində problem yaşayıb və bu səbəbdən təxminən 6 həftə meydana çıxa bilməyəcək.
Bu zədə 28 yaşlı futbolçunun 10 oktyabrda Azərbaycan yığmasına qarşı keçiriləcək oyunu da qaçırması ilə nəticələnəcək.
PSJ-nin heyətində yer alan daha bir futbolçu – Deziro Due də Fransa millisinin düşərgəsində zədələnib. Onun da 4 həftəlik bir müddətə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Xatırlatma: Fransa – Azərbaycan qarşılaşması oktyabrın 10-da Parisdəki “Park de Prens” stadionunda oynanılacaq və matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
© Copyright 2026, All Rights Reserved