Fransanın baş məşqçisi oyundan sonra açıqlama verdi
Portuqaliya və Fransa arasında keçirilən oyun əsas vaxtda 0-0, penaltilər seriyasında isə Fransanın xeyrinə 5-3 hesabı ilə nəticələnib.
90plus.az xəbər verir ki, matçdan sonra Fransa millisinin baş məşqçisi Didye Deşam açıqlama verib.
Baş məşqçi açıqlamasında "Ola bilsin ki, bir az daha yorğun görünürdük. Penaltilər seriyasına gəlincə, Olivier Jirunu buraxmaq istədim, lakin hakim istəyimizə məhəl qoymadı. İndi yarımfinala çıxmağın sevincini yaşayıram. Yarımfinalda da qalib gəlmək lazımdır" - deyə qeyd edib.
Deşam həmçinin “Çox gərgin və bərabər səviyyəli matç oldu. Əlavə vaxtın sonunda oynamaq bizim üçün çətin olsa belə, qələbə hər iki komandanın haqqı idi" - deyə bildirib.
Qeyd: Avro-2024: Oyun axışında (penaltilər seriyası istisna) qol vurmadan yarımfinala çatan Fransanın çalışdırıcısı Didye Deşam ”Oyun tərzimizi bəyənməyən kanalı dəyişsin” - deyə qeyd edib. FOTO:
© Copyright 2026, All Rights Reserved