Fuentedən Yamal açıqlaması
Avro-2024-də İspaniya və Gürcüstan 1/4 finala keçmək üçün qarşı-qarşıya gələcəklər.
90plus.az xəbər verir ki, oyundan əvvəl təşkil edilən mətbuat konfransında açıqlama verən ispanların baş məşqçi De la Fuente Gürcüstanla seçmə mərhələdə də qarşılaşdıqlarını xatırladaraq, "Sabahkı matç seçmə mərhələdə oynadığımız iki matçdan tamamilə fərqli olacaq. Sabah hər hansı bir səhv ağır şəkildə cəzalandırılacaq. Rəqibimizə böyük hörmət bəsləməliyik. Onlar Portuqaliyanı 2-0 məğlub etdilər. Bu da onların çox təhlükəli bir komanda olduğunu göstərir" - deyə bildirib.
Həmçinin baş məşqçiyə Almaniya qanunlarına görə saat 23:00-dan sonra işləməsi qadağan edilən 16 yaşlı futbolçu Lamine Yamalla bağlı sual verilib.
Fuente bu sualla bağlı "Açığı Almaniyada əmək qanunvericiliyini bilmirdim. Əgər bizim onu saat 23.00-da meydandan çıxarmağımız lazımdırsa, bunu etməyə məcbur olacayıq. Təbii ki, zarafat edirəm. Yamal futbol oynamaq və işindən zövq almaq üçün buradadır. Açığı, başqa heç nə düşünmürük. Bizim üçün həqiqətən önəmli deyil" - deyə qeyd edib.
© Copyright 2026, All Rights Reserved