Gülər Yamalla müqayisəni doğru hesab etmədi
Arda Gülərdən Yamal açıqlaması: “Məni Yamalla müqayisə etmək doğru deyil”.
90plus.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində İspaniya ilə qarşılaşacaq Türkiyə millisinin üzvü Arda Gülər oyunöncəsi Lamin Yamal haqqında danışıb.
Arda Gülər bildirib ki, onunla Yamal arasında tez-tez müqayisələr aparılır, lakin bu, düzgün yanaşma deyil:
Arda Gülər:
“Yamal ilə bağlı söyləyəcəyim çox bir şey yoxdur. Çünki eyni mövqedə oynamırıq və oyun tərzlərimiz də eyni deyil. Müqayisə aparmaq çox da doğru olmaz. O, “Barselona”da, mən isə “Real Madrid” klubunda oynayıram. Buna görə də müqayisələr edilir və bunu anlayıram. Lamin Yamala sabah üçün ən yaxşısını arzulayıram”.
Arda Gülərin çıxışı qarşıdakı matçda xüsusi maraqla izlənəcək.
DÇ-2026, seçmə mərhələ:
Saat 22:45 Türkiyə - İspaniya
TV: CBC Sport, TV8, Exxen Turkey
© Copyright 2026, All Rights Reserved