Günün oyunu: “Fluminense - Çelsi” yarımfinalı
Günün oyunu: Klubların Dünya Çempionatında ilk yarımfinal – “Fluminense” ilə “Çelsi” üz-üzə!
90plus.az xəbər verir ki, Klubların Dünya Çempionatında ilk yarımfinal qarşılaşması bu gecə keçiriləcək. Braziliya nəhəngi “Fluminense” ilə İngiltərə təmsilçisi “Çelsi” Nyu-York yaxınlığındakı MetLife Stadiumda final üçün döyüşəcək.
Qarşılaşma saat 23:00-da başlayacaq və TRT 1, DAZN, Okko Sport, Digiturk Play Turkey və tabii Turkey televiziya vasitəsilə canlı yayımlanacaq.
“Çelsi” tarixi yenidən yazmaq istəyir – London klubu turniri ikinci dəfə qazanaraq Klubların Dünya Çempionatını iki dəfə qazanmış ilk komanda olmağa çalışır. Lakin qarşıda dayanan “Fluminense” asan rəqib deyil: Rio-de-Janeyro təmsilçisi turnirdə məğlubiyyət üzü görməyib.
📌 “Çelsi”nin yarımfinala yolu:
📌 “Fluminense”nin yarımfinala yolu:
Xüsusi diqqət: “Fluminense”nin kapitanı Tiaqo Silva bu oyunda köhnə klubuna qarşı meydana çıxacaq. 40 yaşlı müdafiəçi 2020-2024-cü illərdə “Çelsi”nin formasını geyinib, klubla UEFA Çempionlar Liqası, UEFA Superkuboku və Klubların Dünya Çempionatını qazanıb. Silva bu gecə start heyətində yer alacaq.
Qeyd: Bu, “Fluminense” ilə “Çelsi”nin rəsmi turnirlərdə ilk qarşılaşması olacaq. “Çelsi” Klubların Dünya Çempionatını daha əvvəl 2021-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən turnirdə qazanıb. Həmin finalda “Palmeyras” 2:1 hesabı ilə məğlub edilmişdi.