Həsrət və Eldəniz çempion oldular
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov və Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində qızıl medal qazanıblar
90plus.az xəbər verir ki, Həsrət finalda misirli Mustafa Alameldinə 5:2 hesabıyla qalib gəlib. Eldəniz isə braziliyalı Marat Qaripova tam üstünlüklə (9:0) qalib gəlib.
Qeyd: Bundan əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb. Murad Məmmədov (63 kq) isə yunan-Roma güləşçilərinin mübarizəsində qızıl medala sahib çıxıb.
© Copyright 2026, All Rights Reserved