İngilislərin baş məşqçisi oyunöncəsi danışıb
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt bu gün baş tutacaq Serbiya ilə Avro-2024-ün ilk turunun oyunu barədə danışıb.
90plus.az xəbər verir ki, Sautgeyt serb hücumçuların hər komandaya problem yarada biləcəyini, amma qələbə üçün əllərindən gələni edəcəklərini söyləyib: "Onların yaxşı oyunçuları və fantastik komanda ruhu var. Bilirik ki, bu, çətin açılış oyunudur və matçda qələbə üçün əlimizdən gələni etməliyik. Draqan Stoykoviçin bir sıra variantları var, bilirik ki, onlar müxtəlif formalarda oynaya bilər. Onların müəyyən oyun üslubu var. Biz bunun öhdəsindən gəlməyi bacarmalıyıq və rəqibin zəif tərəflərindən istifadə etməyə çalışmalıyıq”.
Qeyd: C qrupunda baş tutacaq İngiltərə - Serbiya matçı bu gün saat 23:00-da başlayacaq!
© Copyright 2026, All Rights Reserved