İngiltərədə sürpriz Palmer qərarı
İngiltərə Milli Komandasının müvəqqəti baş məşqçisi Li Karsli, "Çelsi"nin super ulduzu Kol Palmer üçün maraqlı bir qərar alma ərəfəsindədir.
90plus.az xəbər verir ki, sol cinah müdafiəçisi mövqesində çətinlik çəkən İngiltərə Milli Komandası bu bölgəyə həll yolları axtararkən, gündəmə ulduz futbolçular gəlib.
Daha əvvəl sol cinahda "Çelsi"nin mərkəz müdafiəçisi Levi Kolvill və "Mançester Siti"də mərkəz müdafiəçi və yarımmüdafiəçi kimi oynayan Riko Luis müvəqqəti olaraq bu mövqedə çıxış etmişdi.
"The Times"ın məlumatına görə, daha radikal variantlar axtaran Karsli, komandalarında möhtəşəm çıxışlar edən Bukayo Saka və Kol Palmeri də sol cinah müdafiəçisi mövqeyində sınamağı düşünür, lakin Palmerin adı İngiltərədə təəccüb yaradıb.
"Çelsi"də bu sezon 8 oyunda çıxış edən Kol Palmer, 6 qol vurub və 4 asist edib.
© Copyright 2026, All Rights Reserved