İslamiada bitdi: Komandamız 10-cu oldu
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi baş tutub.
90plus.az xəbər verir ki, mərasim Şahzadə Nurah Universitetinin Stadionunda gerçəkləşdirilib.
Bağlanış tədbirində Azərbaycan bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma üzrə milli komandamızın üzvü Səbinə Kərimova aparıb.
Bu yarışlarda 57 ölkədən 3000-dən artıq idmançı 23 idman növü üzrə medallar uğrunda mübarizə aparıb.
Azərbaycan 20 növdə 174 idmançı ilə Oyunlarda iştirak edib. Yığmamız turniri ümumilikdə 59 medalla tamamlayıb. Medallardan 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc olub. Bu nəticə ölkəmizə medal sıralamasında 10-cu pilləni qazandırıb.
ℹ️ Birinci yeri Türkiyə (72 qızıl, 44 gümüş, 39 bürünc) tutub. Özbəkistan (29 qızıl, 35 gümüş, 32 bürünc) ikinci, İran isə (29 qızıl, 19 gümüş, 33 bürünc) üçüncü yeri bölüşüb.
© Copyright 2026, All Rights Reserved