İspaniya-Fransa: Hakimləri bəlli
Avro-2024-ün yarımfinal mərhələsində keçiriləcək İspaniya-Fransa oyununun hakimləri müəyyənləşib.
90plus.az xəbər verir ki, matçın baş hakimi Slavko Vinçiç, köməkçiləri isə Tomaj Klançik və Andraj Kovaçiç olacaq. Dördüncü hakim vəzifəsini İvan Krujlyak yerinə yetirəcək. VAR hakimi Neyts Kaytazoviç, onun köməkçiləri isə Paolo Valeri və Massimiliano İrrati olacaq.
Qeyd: Yarımfinal mərhələsində İspaniya - Fransa qarşılaşması iyulun 9-da, saat 23:00-da baş tutacaq.
© Copyright 2026, All Rights Reserved