İspaniya millisi Türkiyədə azarkeşsiz qaldı
90plus.az xəbər verir ki, 2026 FIFA Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də "MEDAŞ Konya Böyükşəhər Bələdiyyə Stadionu"nda keçiriləcək Türkiyə – İspaniya qarşılaşmasında qonaq tribunası da türkiyəli futbol azarkeşlərinə açıq olacaq.
Türkiyə Futbol Federasiyasının (TFF) yaydığı rəsmi açıqlamaya əsasən, İspaniya Futbol Federasiyası TFF-yə bildirmişdir ki, onlara təklif edilən əsas tribuna hissəsi yetərlidir və onlar üçün ayrılan 2 min nəfərlik qonaq tribunadan istifadə etməyəcəklər.
© Copyright 2026, All Rights Reserved