İspaniya Türkiyə qarşısına ciddi itkilər ilə çıxır
90plus.az xəbər verir ki, PSJ-nin yarımmüdafiəçisi Fabian Ruiz əzələ zədəsinə görə İspaniya millisinin düşərgəsini vaxtından əvvəl tərk edib.
İspaniyalı futbolçu düşərgəyə yüngül əzələ ağrıları ilə qoşulmuşdu və bu, baş məşqçi Luis de la Fuente ilə yanaşı, tibbi heyətdə də narahatlıq doğurmuşdu.
Aparılan dəqiq müayinələrdən sonra həkimlər zədənin təsdiqləndiyini bildiriblər və oyunçunun heyətdən çıxarılmasına qərar verilib.
Ruiz artıq Fransaya – PSJ klubuna geri dönüb. Klubun həkim heyəti onun vəziyyətini yenidən qiymətləndirəcək və müalicə prosesinə başlayacaq.
Bu zədə İspaniya yığması üçün ciddi itki hesab olunur, çünki 29 yaşlı yarımmüdafiəçi uzun müddətdir komandanın aparıcı oyunçularından biri kimi çıxış edirdi. Qarşıdan gələn DÇ-2026 seçmə oyunları öncəsində baş məşqçi de la Fuente yeni taktiki planlar hazırlamaq məcburiyyətində qalacaq.
Qeyd: Bundan əvvəl Qavi də zədələnərək millini tərk edib.
Türkiyə - İspaniya oyunu 7 sentyabr saat 22:45-də baş tutacaq.
© Copyright 2026, All Rights Reserved