İspaniya Türkiyəyə ciddi itki ilə yollanır
"Barselona"nın yarımmüdafiəçisi Qavi İspaniya millisinin qarşıdakı oyunlarında iştirak etməyəcək.
90plus.az xəbər verir ki, 21 yaşlı futbolçu sağ dizində yaranan ağrılar səbəbindən milli komandanın heyətinə cəlb olunmayıb.
Bu səbəbdən Qavi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstan və Türkiyə yığmalarına qarşı keçiriləcək görüşləri buraxacaq.
Qeyd: Gənc oyunçu daha əvvəl çarpaz bağlarında yaşadığı ciddi zədə səbəbilə uzun müddət yaşıl meydanlardan uzaq qalmışdı. Dizində yenidən ağrıların başlaması onun geri dönüşünü bir qədər də ləngidə bilər.
© Copyright 2026, All Rights Reserved