İspanların baş məşqçisinin qələbə sözləri
İspaniya millisinin baş məşqçisi De La Fuente Xorvatiya ilə (3-0) Avro-2024-ün ilk turunun oyunundan sonra ürək sözlərini deyib.
90plus.az xəbər verir ki, ispan mütəxəssis komandasını xeyli tərifləyib:
"Biz möhkəm və çalışqanıq. Ümumi bir səbəblə birləşirik. Mənim komandam cəmiyyətə insanların necə birləşə biləcəyini və birləşməli olduğunu göstərir. Bu, həm gənc oyunçular, həm də futbolda demək olar ki, hər şeyi qazanmış, lakin hələ də çox ac və fədakar olan təcrübəli futbolçulardan ibarət komandanın bir performans idi.
Meydanın hər qarışı uğrunda mübarizə aparırdıq. Belə bir gənc komanda ilə matç boyu konsentrasiyanı əldə saxlamaq xüsusilə xoş idi".
"İtaliya ilə oyun barədə düşünməyə başlamışıq".
© Copyright 2026, All Rights Reserved