İstanbul nəhəngi "İnter"in futbolçusuna "elçi düşdü"
Ara transfer dönəmində orta xətti iki futbolçu ilə gücləndirməyi planlaşdıran “Qalatasaray”ın Hakan Çalhanoğlu ilə bağlı təmaslara başlaya biləcəyi öyrənilib.
90plus.az xəbər verir ki, “Qalatasaray” rəhbərliyi müqaviləsi 2027-ci ilin may ayında başa çatacaq türkiyəli futbolçu üçün əsas addımı yay transfer pəncərəsində atmağı düşünür. Mövsümün sonunda şərtlər dəyərləndiriləcək və tərəflər arasında danışıqlar masası qurula bilər.
Məlumata görə, müqaviləsinin bitməsinə bir il qalacaq Hakan Çalhanoğlunun transferi məbləği və yeni sözləşmənin maliyyə şərtlərindən asılı olacaq. “Qalatasaray” rəhbərliyi bu göstəricilərə uyğun olaraq yekun qərar verəcək.
Qeyd: Təcrübəli yarımmüdafiəçi son illərdə stabil çıxışı ilə Avropa futbolunda diqqət mərkəzindədir.
© Copyright 2026, All Rights Reserved