İsveçdə azarkeşlər süni ot örtüyünü yandırdılar
"Norrköping" azarkeşləri süni örtüyü yandırdı.
90plus.az xəbər verir ki, İsveç Birinci Futbol Liqasında (Allsvenskan) keçirilən play-off qarşılaşması azarkeşlərin vandal hərəkətləri səbəbilə qalmaqalla yadda qalıb. Komandasının liqadan düşməsinə etiraz edən "Norrköping" azarkeşləri stadionun süni örtüyünə yanıcı maddə ataraq meydançaya ziyan vurublar.
Allsvenskana yüksəlmək üçün "Örgryte" liqada qalmaq üçün isə "Norrköping" arasında oynanan qarşılaşmanın ilk matçını "Norrköping" 0–3 hesabı ilə uduzmuşdu. Cavab görüşü ev sahibi komandanın meydanında baş tutub.
Matçın 85-ci dəqiqəsində "Norrköping" azarkeşləri komandalarının liqadan düşməsinə etiraz əlaməti olaraq süni ot örtüyünə yanıcı maddələr atmağa başlayıb. Bu səbəbdən komandalar soyunma otağına yollanıb və tribunaların boşaldılması ilə oyun təxminən 4 saatlıq fasilədən sonra davam etdirilib.
Görüş 0–0 hesabı ilə yekunlaşıb və iki oyunun nəticəsinə görə "Örgryte" 2009-cu ildən bəri ilk dəfə Allsvenskana yüksəlib. "Norrköping" isə 15 il sonra aşağı liqaya düşüb.
© Copyright 2026, All Rights Reserved