Joao Pedro tətildən birbaşa yarımfinala çıxacaq
“Çelsi”nin hücumçusu Joao Pedro Riodakı çimərlikdən birbaşa çıxaraq necə dünya çempionluğu uğrunda mübarizə aparan oyunçuya çevrildiyini inanılmaz hekayə ilə açıqlayıb.
90plus.az xəbər verir ki, 23 yaşlı braziliyalı futbolçu ötən həftə tətil üçün günəşlənirdi, indi isə Nyu-Yorkda “Fluminense”yə qarşı Klubların Dünya Çempionatının yarımfinalında oynamağa hazırlaşır.
Pedro “Brayton”dan 60 milyon funt-sterlinqə “Çelsi”yə keçib və müqavilə imzaladıqdan cəmi 48 saat sonra “Palmeiras” üzərindəki dörddəbir final qələbəsində debüt edib.
Tətil vaxtı olmasına baxmayaraq, Pedro şəxsi məşqçi tutaraq fiziki formasını yüksək səviyyədə saxlayıb, çünki “Çelsi”nin ona maraq göstərdiyini bilirdi.
Pedro deyib: “Braziliyada dostlarımla tətil edirdim, çimərlikdə idim və Braziliya yeməklərindən həzz alırdım.
Amma şəxsi məşqçim var idi və məşq də edirdim ki, hazır olum. Bilirdim ki, ‘Çelsi’ mənimlə maraqlanır, ona görə də daha çox məşq edirdim.”
Onun bu hazırlığı öz bəhrəsini verib və ABŞ-yə uçaraq “Çelsi”nin heyətinə qoşulub.
Debütündə güclü təsir bağışlayıb və indi “Fluminense”yə qarşı start heyətində meydana çıxmağa ümid edir:
“Debüt etdim və düşünürəm ki, hazır olduğumu göstərdim. Çalışacam, daha da inkişaf edim, Enzo üçün hazır olum və əgər mənə ehtiyac olsa, komandaya kömək edim.”
© Copyright 2026, All Rights Reserved