Kamal Umudlu: Konfrans Liqasında baş hakim!
Azərbaycanlı FİFA referisi Kamal Umudlu Konfrans Liqasının matçını idarə edəcək.
90plus.az xəbər verir ki, Umudlu Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunundan birinə: “Drita” (Kosovo) – “Breydablik” (İslandiya) matçına baş hakimlik edəcək.
Referiyə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qarşılaşma 30 iyul saat 19:00-da Poduyevo şəhərində “Zahir Payaziti” stadionunda baş tutacaq.
Qeyd: Kamal Umudlu 44 günlük Vətən müharibəsi iştirakçısıdır.
Mənbə: AFFA
© Copyright 2026, All Rights Reserved