Kanselo Avro-2024-ün favoritlərini dedi
Portuqaliya millisinin futbolçusu Joao Kanselo Avro-2024-ün favoritləri barədə öz görüşlərini söyləyib.
90plus.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Almaniya və İspaniyanın şanslarını yüksək qiymətləndirir:
"Avro-2024-ün favoritləri Almaniya və İspaniya millisidir. Daha 3-4 komanda adı çəkmək olar. Biz də digərləri kimi qələbə ilə turnirə başlamaq istəyirik. Bunu bacaracaq gücümüz var".
Qeyd: Portuqaliya Avro-2024-də ilk oyununu sabah Çex Respublikasına qarşı keçirəcək (saat 23:00). Qrupda rəqibləri: Türkiyə, Gürcüstan və Çex Respublikasıdır.
Maraqlı: Çexiyaya qarşı oyun öncəsi Kristiano Ronaldo: FOTO
© Copyright 2026, All Rights Reserved