Karvaxal: “Ançelotti əfsanədir, Alonso isə intizamlı”
Dani Karvaxal: “Ançelotti əfsanədir, Alonso isə intizamı ilə fərqlənir”.
90plus.az xəbər verir ki, “Real Madrid”in kapitanı Dani Karvaxal keçmiş baş məşqçi Karlo Ançelotti və hazırkı çalışdırıcı Xabi Alonso barədə fikirlərini bölüşüb.
Karvaxal COPE-ə açıqlamasında deyib:
“Ançelotti “Real Madrid”in əfsanəsidir, amma o da görürdü ki, dəyişikliklər artıq zəruridir. Hər baş məşqçinin öz metodları var.
Karlo və Xabidən danışırıqsa, iki fərqli nəsildir. Ançelottinin dönəmində daha çox sərbəstliyimiz var idi, hətta məşqə bir qədər gec gələ bilərdik.
Alonso isə intizam planında daha sərtdir. Hər birinin öz ideyaları var.”
Qeyd: Dünya Çempionatı-2026-nın Cənubi Amerika zonasında seçmə mərhələnin son oyunları başa çatıb. Braziliya Çili üzərində 3:0 hesablı qələbə qazanaraq mundiala vəsiqə əldə edib.
© Copyright 2026, All Rights Reserved