Kişi basketbolçularımızdan Avropa Kubokuna vəsiqə!
Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final görüşünə çıxıb.
90plus.az xəbər verir ki, yığmamız Kipr seçməsi ilə üz-üzə gəlib və rəqibini 20:18 hesabı ilə üstələyərək Avropa Kubokuna vəsiqə qazanıb.
Qeyd: Əsas mərhələ 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada olacaq.
Qadınlardan ibarət millimiz də final mərhələsinə yüksəlib.
© Copyright 2026, All Rights Reserved