Klublarımızın potensial rəqibləri bəllidir
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində klublarımızın potensial rəqibləri açıqlanıb.
90plus.az xəbər verir ki, “Zirə”nin rəqibi “Osiyek” (Xorvatiya) - “Levadiya” (Estoniya) cütünün qalibi olacaq.
“Sabah” “Makkabi”ni (İsrail) udsa, “Vaduts” (Lixtenşteyn) - “Sent-Patriks Atletik” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
"Sumqayıt" Macarıstanın “Fehervar" kollektivini üstələsə, "Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd: 3-cü təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də keçiriləcək.
© Copyright 2026, All Rights Reserved