Kollina “Hakim Kamerası” barədə danışdı
Əfsanəvi hakim, FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina 2025-ci il Klubların Dünya Çempionatında tətbiq olunan “hakim kamerası” (ref cam) texnologiyasının uğurundan məmnunluğunu ifadə edib.
90plus.az xəbər verir ki, Kollina bu barədə belə deyib:
“2025-ci il Klubların Dünya Çempionatında ‘ref cam’ın istifadəsinin nəticəsi gözləntilərimizi də aşdı. Bu texnologiyanın televiziya izləyiciləri üçün maraqlı təcrübə olacağını düşünürdük və çox müsbət rəylər aldıq.
Bizə sual verdilər: ‘Niyə bütün matçlarda tətbiq olunmur?’ — və daha da irəli gedərək: ‘Niyə bütün idman növlərində istifadə olunmur?’
Bu texnologiya sayəsində hakimlərin meydanda nələri gördüyünü birbaşa izləmək mümkün oldu. Və bu, təkcə əyləncə üçün deyil, eyni zamanda hakimlərin hazırlığı və müəyyən epizodların niyə meydanda görünmədiyini izah etmək üçün də faydalı oldu.
Həmin epizodlardan birində ‘ref cam’ sayəsində tam aydın oldu ki, hakim həmin hadisəni meydanda canlı şəkildə görə bilməzdi”.
Qeyd: “Ref cam” texnologiyası Klubların Dünya Çempionatındakı bütün oyunlarda tətbiq olunub və görünən odur ki, 2026-cı il Dünya Çempionatında da istifadə ediləcək.
© Copyright 2026, All Rights Reserved