"Komanda ruhu bizi bu nöqtəyə gətirdi" Sautgeyt
AVRO 2024-də Slovakiyanı 2:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksələn İngiltərə yığmasının baş məşqçisi Garet Sautgeyt matçdan sonra açıqlama verib.
90plus.az xəbər verir ki, İngiltərə millisinin baş məşqçisi Garet Sautgeyt açıqlamasında "Oyuna daxil olan bütün futbolçular yaxşı mübarizə apardılar. Futbolçuların sahib olduğu bu ruh bizi 1/4 finala çıxardı. Biz gənc komandayıq, futbolçular böyük səbr nümayiş etdirdilər... Uzun müddətdir ki, yarımmüdafiədə problem yaşayırıq. Bu gün bu problemi həll etmək bir qədər vaxt apardı, amma biz mücadilə etdik və nəhayət, istədiyimiz nəticəni aldıq" - deyə qeyd edib.
Həmçinin Sautgeyt sözlərinə belə davam edib: "Daha yaxşı olmaq istəyirik. Nə olursa olsun, komanda ruhu bizi bu nöqtəyə gətirdi".
Mənbə: "Star" qəzeti
© Copyright 2026, All Rights Reserved