Kriştianonun oğlu ilk dəfə milliyə dəvət aldı
Rəsmi: Kriştiano Ronaldo Junior Portuqaliya U-16 millisinə dəvət aldı.
90plus.az xəbər verir ki, Portuqaliyanın U-16 yığması ilk dəfə olaraq Kriştiano Ronaldonun oğlu — Kriştiano Ronaldo Jr-ı heyətə çağırıb.
2010-cu ildə anadan olan 15 yaşlı futbolçu hazırda Səudiyyə Ərəbistanının “Al Nassr” Akademiyasında çıxış edir. Gənc hücumçu yaxın günlərdə Türkiyədə keçiriləcək üç beynəlxalq matçda Portuqaliya U-16 millisinin heyətində oynayacaq.
Bu, Ronaldo Jr-ın Portuqaliya millisinin yaş qruplarında ilk çıxışı olacaq. Gənc futbolçu atasının yolu ilə gedərək milli səviyyədə özünü göstərmək imkanı qazanıb.
© Copyright 2026, All Rights Reserved