Kroos Pedridən üzr istədi!
Ötən gün Avro-2024-ün 1/4 finalında İspaniyaya 1:2 məğlub olaraq turnirlə və futbolla vidalaşan Toni Kroos matçdakı epizodu ilə bağlı Instagram hesabında paylaşıb.
90plus.az xəbər verir ki, oyunun ilk hissəsində Pedrinin ciddi zədələnməsinə səbəb olan Kroos bunları qeyd edib:
"İndi mənim üçün vacib olan bir şey var: Bağışlanmaq və Pedrinin tez bir zamanda sağalması. Təbii ki, niyyətim səni incitmək deyildi. Tez sağal və hər şeyin ən yaxşısını sənə arzulayıram. Sən böyük futbolçusan".
Qeyd: İspaniya futbol federasiyası Pedrinin sol diz bağlarının burxulması diaqnozunu təsdiqləyib. Onun Avro-2024 fəaliyyəti bitdi!
© Copyright 2026, All Rights Reserved