Kurtuanın başına bıçaq atdılar, səbəbi bilindi
Madrid derbisində hadisələrin baş vermə səbəbi bilinib.
90plus.az xəbər verir ki, dünən İspaniya La Liqasında Madrid derbisi baş tutdu. Azarkeşlər oyundan əvvəl Tibi Kurtua, Cud Bellinqəm və Vinisius əleyhinə təhqir dolu şüarlar səsləndirirdilər və onların adları səslənəndə fitə tuturdular, oyun ərzində də buna davam edən azarkeşlərə Tibo Kurtua qoldan sonra üzünü çevirdi və qola çılğınca sevinməklə cavab verdi.
Məhz bundan sonra "Atletiko" azarkeşləri hisslərini cilovlaya bilmədi, meydana alışqanlar, nəcis dolu paket daxil olmaqla yad əşyalar atmağa, təhqir dolu şüarlar səsləndirməyə başladılar. Məhz bundan sonra oyunda müvəqqəti fasilə yarandı və komandalar meydanı tərk etdilər.
© Copyright 2026, All Rights Reserved