Əla çıxışına görə Mbappe dopinq testinə aparılıb
Xəstəlikdən sonra əla çıxışına görə Kilian Mbappe dopinq testinə aparılıb.
90plus.az xəbər verir ki, Kilian Mbappe “Real Madrid”də qəhrəmanlıq göstərib, komandasının qələbəsində əsas pay sahibi olandan sonra sevinci gözlənilməz dopinq yoxlaması səbəbindən yarımçıq qalıb.
26 yaşlı fransalı hücumçu yaxınlarda keçirdiyi xəstəlikdən tam sağalmamış “Borussiya Dortmund”la Klubların Dünya Çempionatının dörddəbir final oyununda ehtiyatdan meydana daxil olub. Məhdud dəqiqələrdə oynamasına baxmayaraq, Mbappe əlavə vaxtda möhtəşəm qol vuraraq “Real Madrid”ə 3:2 hesablı qələbə qazandırıb və komandanı yarımfinala daşıyıb.
Lakin final fitindən dərhal sonra Mbappe FIFA tərəfindən təsadüfi dopinq testinə seçilib. “El Chiringuito TV”nin məlumatına görə, prosedur fransalı ulduzun “MetLife” stadionundan çıxışını bir saatdan çox gecikdirib.
Mbappe oyundan sonra 58 dəqiqə dopinq nəzarətində qalıb. Testin ləngiməsi səbəbindən “Real” komandası hava limanına onun gəlməsini gözləmədən yola düşüb. Mbappe klub nümayəndəsinin müşayiəti ilə ayrıca avtomobillə hava limanına çatdırılıb.
Klubların Dünya Çempionatının yarımfinalında “Real Madrid” “PSJ” ilə qarşılaşacaq. Oyun 9 iyul, çərşənbə günü baş tutacaq.
© Copyright 2026, All Rights Reserved