Lamin Yamal bu gecə həm də Messi üçün oynayacaq
İspaniyanın 17 yaşlı ulduzu Lamin Yamal bu günkü Avro-2024 finalında həm də Messiyə rəqib olmaq üçün qalib gəlmək istəyir.
90plus.az xəbər verir ki, Yamal final matçı barədə bunları deyib:
"Ümid edirəm ki, Messi Amerika Kubokunu, mən isə Avropa çempionatının kubokunu qazanaram. Beləcə, “Finalissima”da ona qarşı oynaya bilərəm."
Qeyd: Finalissima 2025: Avro 2024 və Amerika Kuboku 2024-ün qalibləri arasında baş tutacaq. "Finalissima" sözü italyanca "böyük final" deməkdir. Bu matçın 2025-ci ilin iyun və iyul ayları arasında baş tutacağı ehtimal edilir.
Avro-2024, Final:
14 iyul Saat 23:00
İspaniya - İngiltərə
Amerika Kuboku, Final:
15 iyul Saat 04:00
Argentina - Kolumbiya
© Copyright 2026, All Rights Reserved