Lamin Yamal tarixə düşdü
İspaniya millisinin üzvü Lamin Yamal futbol üzrə Avropa çempionatlarının tarixində qol vuran ən gənc oyunçu kimi fərqlənib.
90plus.az xəbər verir ki, Avro-2024-ün yarımfinal mərhələsində İspaniya-Fransa matçında fərqlənən 16 yaşlı oyunçu Yamal Avropa çempionatları tarixində qol vuran ən gənc futbolçu olub.
Bununla da Yamal AVRO-2004-də İsveçrə millisinin heyətində çıxış edən 18 yaşında qol vuran Yohan Vonlantenun rekordunu təzələyib.
© Copyright 2026, All Rights Reserved