Lionel Messi MLS-də “Qızıl buts” mükafatını qazandı
"İnter Mayami"nin ulduzu Lionel Messi ABŞ çempionatında növbəti dəfə tarix yazdı.
90plus.az xəbər verir ki, Argentinalı superulduz “Neşvill”lə mövsümün son oyununda het-trik etməklə yanaşı, ümumi qol sayını 29-a çatdıraraq MLS-in 2025 mövsümündə bombardir oldu.
Bu nailiyyətlə Messi “İnter Mayami”nin tarixində bu titulu qazanan ilk futbolçu oldu. O, 24 qolla mövsümü başa vuran Denis Buanga və Sem Sörici geridə qoydu.
“La Pulqa” ləqəbli ulduz eyni zamanda 19 məhsuldar ötürmə ilə çıxış edərək Karlos Velanın MLS tarixində bir mövsümdə 49 qol və ötürmə rekorduna çox yaxınlaşıb.
Bu Messi üçün MLS-də ikinci tam mövsümdür və bu müddətdə “Nyu York Siti”nin sabiq hücumçusu Valentin Kastelyanosdan sonra bu mükafatı qazanan ilk argentinalı futbolçu olub.
© Copyright 2026, All Rights Reserved