Luçano: “Fərddən asılı komandanı sevmirəm”
İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Albaniya ilə (2-1) Avro-2024-ün ilk turunun oyunundan sonra ürək sözlərini deyib.
90plus.az xəbər verir ki, Spaletti komandasının əzmkarlığını belə şərh edib:
“Bu gün meydanda çox yaxşı işlər gördük. Bu işlər bizi yaxşı yerlərə aparmalıdır. Əks halda mənasızdır. Rəqibi bir neçə dəfə cəzalandırmaq imkanımız oldu, amma bacarmadıq. Oyunumuzu yaxşı qurduq, amma sonra... Hücumun xeyrinə düzgün qərar vermək lazım olanda fikrimizi çox tez dəyişdik.
İtaliya millisi Barelladan çox asılıdır? Bu yığmanın 26 futbolçusu var və hər biri lazımlı oyunçudur". Fərddən asılı komanda ideyasını bəyənmirəm”.
© Copyright 2026, All Rights Reserved